Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 17:30:00
Dünyanın səfil həyatı yaşayan ən dahi riyaziyyatçısı - O, insanlardan və puldan  niyə qaçır?
 
Hazırda Santk-Peterburqda yaşayan yəhudi əsilli rus alimi Qriqori Perelman 1966-ci ildə Leninqradda doğulub. O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olub. Daha sonra Steklov adına Riyaziyyat İnstitutunun Leninqrad filialında işləməklə yanaşı, həm də ABŞ-ın bir sıra universitetlərində müəllim kimi çalışıb. 2003-cü ildən isə heç bir yerdə işləmir və kənar adamlarla ünsiyyət qurmur.
 
O, ilk riyaziyyatçıdır ki, Puankare hipotezini isbat edib. Bu səbəbdən Parelman  1 milyon dollar məbləğində  mükafata layiq görülüb. Lakin Perelman 1 milyonluq mükafata layiq görülməsinə heç sevinməyib və onu qəbul etməyib.  Sankt-Peterburqdakı  xeyriyyə fondlarından biri Parelmandan  əgər mükafatı özü götürməyəcəksə, onu fonda köçürməsini xahiş ediblər. Xeyriyyə fondu məktubunda bildirib ki, “sizin mükafatdan imtina etmək qərarınız bir çoxları üçün etik nümunə olub”. Lakin qeyri-adi insan olan Parelmanın o məktuba nə cavab verdiyi hələ də məlum deyil. 
 
Onun hazırda 50 yaşı var.  Sankt-Peterburqda sadə evdə anası ilə birlikdə yaşayır. Artıq  riyaziyyatdan uzaqlaşıb, son 4 ildə həmkarları ilə ünsiyyət saxlamır.  
 
Parelman anası ilə birgə yaşadığı evin həyətində göbələk yetişdirir. Göbələklərə qulluq onun sevimli məşğuliyyətidir. Onunla müsahibə etmək istəyən jurnalistlərə isə yalnız qapının arxasından cavab verib. Bir neçə dəqiqəlik qeyri-adi ünsiyyət zamanı dahi riyaziyyatçı jurnalistlərə bunu deyib: “Məni pul və ya şöhrət maraqlandırmır. Mən istəmirəm ki, insanlar mənə zooparkdakı yırtıcı kimi baxsınlar. Mən heç də riyaziyyat qəhrəmanı deyiləm, o qədər də uğurlu riyaziyyatçı da deyiləm və buna görə də istəmirəm mənə baxsınlar”
 
1994-cü ildə Qriqori Perelman Ruh haqqında teoremi isbat etdi ki,  onun fəlakəti də bundan sonra başladı. Sözün həqiqi mənasında professor dəli oldu və hər dəfə ona söyləyəndəki, sizi Fransaya, Amerikaya, İngiltərəyə mühazirə üçün dəvət edirlər. Bu zaman Qriqori sual edirdi ki, “Nə qədər qonorar verirlər?”. Cavab isə rəngarəng olurdu. 500 min dollardan tutmuş 1 milyon dollaradək. Qriqori isə üz, gözünü turşudaraq heç bir təklifi qəbul etmirdi. Onu dünyanın ən mötəbər, elmi medalı olan Filds medalı ilə təltif etdilər və o, mükafatı belə almağa getmədi. 2003-cü ildən bəri Qriqori Perelman Leninqradda anasının yanına gəldi və tək otağa qapandı. Ta bugünədək, özünə qapalı həyat tərzi ilə ömür sürür.