Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-10 09:26:00
Son bir həftədə koronavirusa yoluxma sayı belə azalıb

Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur.

AzEdu.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb.

Qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa,  avqustun 9-da bu rəqəm 87-yə düşüb.

Xatırladaq ki, bu gün üçün ölkədə 2 714 aktiv koronavirus xəstəsi var.

Bu günə qədər isə koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri artıq sağalıb. Ümumilikdə 490 nəfər dünyasını dəyişib.(report)