Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 13:55:00
Bir neçə onillik sonra ağ ayılar tamamilə yoxa çıxacaq

İqlim dəyişikliyinə qarşı daha çox səy göstərilməyəcəyi təqdirdə əsrin sonuna qədər qütb ayıları qalmaya bilər.

 

AzEdu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Nature Climate Change" nəşrində dərc olunan araşdırmada bildirilib.

 

Alimlər hesab edirlər ki, Arktika buzları əriməkdə davam edərsə, qütb ayıları məhv olacaqlar: onlar artıq mövcudluqlarının son həddindədirlər.Yay aylarında sahil buzları əriyəndə, qütb ayıları quruya köçürlər: orada, demək olar ki, qida olmur, heyvanlar bədənlərində topladıqları piyin hesabına yaşayırlar.

 

Dəniz buzları yarıldıqda, ayılar özləri və balaları üçün qida tapmaq üçün buzun üstü ilə uzun məsafələr qət etməli olurlar. Belə şəraitdə bu, çətin məsələyə çevrilir.Yay aylarında sahil buzları əriyəndə, qütb ayıları quruya köçürlər: orada, demək olar ki, qida olmur, heyvanlar bədənlərində topladıqları piyin hesabına yaşayırlar.

 

Dəniz buzları yarıldıqda, ayılar özləri və balaları üçün qida tapmaq üçün buzun üstü ilə uzun məsafələr qət etməli olurlar. Belə şəraitdə bu, çətin məsələyə çevrilir.Bu, dəniz buzlarının ərazisinin sürətlə azalması və ayıların daha çox ac qalması ilə əlaqədardır: piy ehtiyatı onlara bəs etməyə bilər.

 

Qeyd edək ki, təkcə son on il ərzində Arktika buzlaqlarının sahəsi 13% azalıb.