Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 09:06:00
Bu ilin sonunadək ADNSU-da bir neçə adda məhsulun istehsalına başlanılacaq - REKTOR

Dövlətimizin başçısının ölkəmizdə apardığı əsas siyasət ali təhsil müəssisələrində təkcə mütəxəssislərin hazırlanmasına deyil, həmçinin kiçik və orta sahibkarlığa dəstək göstərilməsi istiqamətində addımların atılmasıdır.

AzEdu.az xəbər verir ki, bunu iyunun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “IXUN” Lazer Mərkəzinin təqdimatı ilə bağlı keçirilən tədbirdə rektor, professor Mustafa Babanlı jurnalistlərə müsahibəsində söyləyib.

ADNSU-da son yeniliklərdən və gələcək planlardan söz açan M.Babanlı deyib:

“İnnovativ istehsalın universitetimizə gətirilməsində maraqlıyıq. Bu istiqamətdə həm texnologiyaların transferi, həm də startap müəssisələrinin yaradılmasında müəyyən addımlar atmışıq. Cari ilin sonunadək ADNSU-da “Made in Azerbaijan” brendi adı altında üç və ya dörd məhsulun istehsalına başlanılacaq. Həmçinin bu məhsulların xarici bazarlara ixracatı həyata keçiriləcək”.