Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-19 12:16:00
Memarlıq və İnşaat Universitetində rəsm müsabiqəsi: Biz birlikdə güclüyük

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı “Biz birlikdə güclüyük” rəsm müsabiqəsi elan edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, “Pandemiya şəraitində biz” devizi altında keçiriləcək müsabiqəyə işlərin qəbulu iyulun 22-dək aparılacaq.

 

İlk 3 yerin qalibi Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. Qaliblər diplomla təltif olunacaqlar.

 

İyulun 25-də rəssam Nizar Məmmədovla görüş zamanı qaliblərin adları açıqlanacaq və diplomlar təqdim ediləcək.