Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 16:53:00
Günəş enerjisini ilə bağlı vacib qurğunu ixtira edən alim: “Cavab üçün 4 il gözlədim”

 

 

 

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və innovasiyalar üzrə rəis müavini professor Ramiz Hümbətovun və Bakı Mühəndislər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazovun müəllifləri olduğu “Günəş panellərinin vəziyyəti ikimövqeli idarə olunan günəş enerjisini elektrik enerjisinə çevirən qurğu” ixtiraya  Azərbaycan Respublikasının patenti verilib.

 

Müəlliflərdən Ramiz Hümbətov təəssüratlarını AzEdu.az-la bölüşüb:

 

“Qurğunun ideyası çox sadə formada ortaya çıxdı. Günəş enerjisini elektrik enerjisinə çevirən qurğuların əksəriyyəti stasionar yerləşir. Onları şərti olaraq Şərqə tərəf quraşdırırlar. Bu qurğular günorta 12-1-dən sonra effektiv işləmirlər, çünki üzərinə Günəş şüası düşmür. Günəş şüaları 90 dərəcəlik bucaq altında düşdükdə maksimal enerji əldə edilir. Buradan da məlum olur ki, stasionar qurğular yarım gün enerji əldə etməyə imkan verir. Yeni qurğu isə işıqlı gün ərzində günəş şüasının panellərin səthinə 90 dərəcə bucaq altında düşməsini təmin edir. Bütün panellər gün ərzində Günəşi izləyir”.

 

“Müsbət cavabın gəlməsinə 4 il vaxt sərf olundu”

 

Ramiz Hümbətov patent verilən qurğunun ideyası haqda bunları qeyd etdi:

 

“İdeya ağlıma 2015-ci ildə gəldi. Daha sonra maraqlandım ki, dünyada bizdən öncə bu cür təkliflər irəli sürülüb, ya yox?! Məlum oldu ki, Çin, ərəb alimləri ilə bu cür ideyalarla çıxış edib. Onların ideyalarında əks olunur ki, bir fotoelement kənara qoyulur və Günəş şüaları onun üzərinə düşür. Düşən enerji azalıb - çoxalanda panelləri Günəşə doğru yönəldirlər, ancaq bu fotoelementlər Günəşdən alınan enerjinin bilavasitə miqdarını vermir. Bizim qurğumuz isə buna tam dəqiqliklə imkan yaradır. Qurğu üzərində 1 il işlədikdən sonra 2016-cı ilin oktyabrında Əqli Mülkiyyət Agentliyinə təqdim etdik. Oradan tam müsbət cavabın gəlməsinə 4 il vaxt sərf olundu.

 

Qurğunun qəbul olunmasına inandığımız üçün 3-4 il danışıqlar apardıq. Agentliyin hər hansı qurğuya panent verməsi üçün tam təhlil etmələri gərəklidir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları