Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 12:10:00
BDU: 4767 bakalavr tələbə onlayn imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyasının dördüncü həftəsi start götürüb.

 

 AzEdu.az  xəbər verir ki, iyunun 29-da bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4767 (312 nəfəri “SABAH” qruplarından olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 74 ixtisaslaşmada 48 fənn üzrə 238 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 437 tələbə imtahanlarda iştirak edib.

 

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

 

Qeyd edək ki, BDU-da onlayn imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.