Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 10:33:00
Memarlıq və İnşaat Universitetində magistr dissertasiyalarının müdafiəsi başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura təhsil səviyyəsi üzrə dissertasiyaların onlayn müdafiəsinə start verilib.

 

AzMİU-dan AzEdu.az-a  verilən məlumata görə, ekologiya mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, inşaat mühəndisliyi ixtisasları üzrə müdafiələr ilk dəfə olaraq “Zoom” platforması üzərindən onlayn formatda keçirilib.

 

İlk müdafiə günündə 24 magistrantın təqdimatı dinlənilib. AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, inşaat, mexanika və informasiya texnologiyaları fakültələrindən məzun olacaq magistrantlar dissertasiyalarını ixtisaslaşdırılmış Elmi şura qarşısında müdafiə ediblər. Tələbələr komissiya üzvləri tərəfindən verilən çoxsaylı sualları cavablandırıblar.

 

Xatırladaq ki, 2019/2020-ci tədris ilində 195 magistr tələbə dissertasiya işinin müdafiəsinə buraxılacaq.