Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 09:53:00
Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul başlayıb

2020/2021-ci tədris ili üzrə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb.

 

AzEdu.az xəbər verir ki, proqramda UNEC-in Rus İqtisad Məktəbinin bütün ixtisasları üzrə I kursu bitirən tələbələri iştirak edə bilər.

 

Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

 

Qəbul şərtləri:

 

- UNEC-in Rus İqtisad Məktəbininin birinci kursunu başa vurmalı;

- Minimum orta bal (ÜÖMG) - 71 bal;

- Rus dilini sərbəst bilməlidir.

 

Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

 

Akademik transcript (azərbaycan dilində)

 

CV (rus və ya azərbaycan dilində)

 

 

Şəxsiyyət vəsiqəsi

 

Təhsil müddəti - 1 il

Tədris dili - rus dili

Qeydiyyat haqqı - yoxdur

 

Son müraciət tarixi - 15 avqust 2020-ci il

 

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:

Svetlana Məmmədova, RİM-in direktor müavini

E-mail: [email protected]