Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 17:30:00
İmtahanda iştirak etmək üçün 27531 abituriyent qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi yay qəbul imtahanlarına sənəd qəbuluna  mayın 17-dən start götürüb

AzEdu.az xəbər verir ki, qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək üçün indiyə qədər 27531 abituriyent qeydiyyatdan keçib. Onlardan 24900 nəfəri Azərbaycan, 2631 nəfəri isə rus bölməsində təhsil alır. Ən çox müraciət edilən qruplar I və III ixtisas qruplarıdır.

Belə ki I ixtisas qrupu üzrə 8577, II ixtisas qrupu üzrə 6440, III ixtisas qrupu üzrə 7687, IV ixtisas qrupu üzrə isə 2196 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, qəbul imtahanlarının II mərhələsinə elektron ərizə qəbulu iyunun 14-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları