Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-27 10:15:00
AZAL: İstanbul-Bakı istiqamətində tələbələrə 30% endirim edilir

Daha əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində AZAL Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlamışdır.

 

Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılmışdır.

 

AzEdu.az xəbər verir  ki, Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinindən bildirilib.

 

Rəsmi olaraq qeyd edilib ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir:

 

"Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

 

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır". (apa.az)