Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 11:23:00
Beynəlxalq virtual konfransda Bakı Dövlət Universiteti müəlliminin məruzəsi dinlənilib

Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov Hindistanda fəaliyyət göstərən “Dünya Urdu Assosiasiyası”nın təşkilatçılığı ilə baş tutan “Urdu dilinin aktual problemləri” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.

 

Hindistan, Pakistan, Misir, İran ali məktəb alimlərinin iştirak etdiyi konfransda Müstəqil Dövlətlər Birliyi məkanından Azərbaycan Bakı Dövlət Universiteti ilə təmsil olunub. Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.

 

Bildirilib ki, “Azərbaycanda urdu dilinin tədrisində BDU-nun rolu” mövzusunda məruzə ilə çıxış edən Eldost İbrahimov konfrans iştirakçılarına Bakı Dövlət Universitetinin tarixi, universitetdə aparılan islahatlar və inkişafdan söz açaraq Azərbaycanda urdu dilinin tədrisində BDU-nun rolu və fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda urdu dilinin tədrisini yüksək qiymətləndirən konfrans iştirakçıları belə bir şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Onlayn konfrans urdu dilinin lüğət tərkibinin müasir mərhələdəki inkişaf yolları, yeni sözlərin normalaşma prosesi, urdu dilinin tədrisi, dilin söz ehtiyatları kimi məsələlər ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.