Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-18 11:28:00
Onlayn mühazirə: Texnoloji transfer, süni intellekt, məsafədən idarə olunan əşyalar və ASP.NET ilə başlanğıc

Cənubi Koreyanın “Telstar–Hommel” şirkətinin SQL proqramçısı Syed Shanu və Azərbaycan Texniki Universitetinin “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültəsinin baş müəllimi və “APERTech LTD” şirkətinin SQL proqramçısı Natiq Qurbanovun “Texnoloji transfer, süni intellekt, məsafədən idarə olunan əşyalar və ASP.NET ilə başlanğıc” mövzusunda birgə onlayn mühazirəsi keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, iki saat davam edən mühazirədə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. Həmçinin mühazirə ilə bağlı məlumatlar iştirakçıların elektron ünvanına göndərilib. Onlayn mühazirədə universitetin “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültəsinin tələbələri ilə yanaşı əcnəbi tələbələr də iştirak ediblər.