Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 11:57:00
Azərbaycan Memarlıq və İnşaat Universitetində buraxılış işlərinin müdafiəsinə başlanılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində son kurs tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsi başlanılıb.

 

AZMİU-dan AzEdu.az-a bildirilib ki, buraxılış işlərinin müdafiəsi qruplar üçün təyin edilmiş qrafik üzrə onlayn rejimdə “ZOOM” proqramı vasitəsilə keçirilir.

 

Səkkiz tələbə artıq müdafiəyə buraxılıb. Onlayn müdafiənin keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan hər hansı problem yaranmayıb. Buraxılış işlərinin müdafiəsi zamanı məzun tələbələrə müəyyən güzəştlər olunub və onlar işlərini uğurla müdafiə ediblər.

 

Xatırladaq ki, Memarlıq fakültəsində IV kursda təhsil alan 203 tələbədən 155 nəfəri buraxılış işinin müdafiəsinə buraxılır. Müdafiə prosesi iyulun 4-dək davam edəcək. Ötən semestrlərdən kəsiri olan 35 tələbənin isə kəsirini ödədikdən sonra müdafiəyə qatılmaq şansı var. Müdafiəyə buraxılan tələbələrdən 122-si memarlıq, 68 nəfəri isə dizayn ixtisasında təhsil alıb.