Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 16:24:00
Onlayn Tələbə Müzakirə Forumu keçirilib  

İyunun 5-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə ATU-nun 90 illik yubileyinə həsr olunmuş “II Tibb və Hüquq” onlayn Tələbə Müzakirə Forumu keçirilib.

 

AzEdu.az  xəbər verir ki, forumda BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov qonaq qismində  iştirak ediblər. Qonaqlar forum haqqında öz fikirlərini bölüşüb, onun işinə uğurlar arzulayıblar.

 

Forumun spikerləri BDU-nun Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadə və ATU-nun I Müalicə-profilaktika fakültəsinin tələbəsi Gülnaz Hüseynova olub.

 

Forumda tibb işçiləri və pasiyentlərin hüquqları, orqan köçürülməsi, evtanaziya kimi mövzuların tibbi və hüquqi tərəfdən müzakirələri aparılıb. 2 saata yaxın davam edən forumda 100-ə yaxın yaxın tələbə iştirak edib.

 

Sonda universitetlərin tələbələrinin aktiv iştirakı ilə mövzular ətrafında maraqlı müzakirələr aparılıb.