Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 10:07:00
Misir Prezidenti distant təhsilin inkişafı barədə göstəriş verib

Misir Prezidenti Əbdülfəttah əl-Sisi ölkənin Baş Naziri Mustafa Mədbuliyə yeni növ koronavirus pandemiyası dövründə distant təhsilin daha da genişləndirilməsi barədə göstəriş verib. Dövlət başçısı növbəti təhsil ilində tədris prosesini elektron, telekommunikasiya və proqram-texniki vasitələrlə həyata keçirməyi tövsiyə edib.

 

AzEdu.az xəbər verir ki, Misirdə martdan bəri məktəblərdə və universitetlərdə təhsil dayandırılıb. Tələbələr isə imtahan əvəzinə internet vasitəsilə hazırladıqları elmi işləri ali təhsil müəssisələrinə təqdim edərək növbəti kursa keçiriləcəklər. Baş Nazir məlumat verib ki, növbəti tədris ilində distant təhsili həyata keçirmək məqsədilə texnoloji infrastruktur daha da gücləndiriləcək.

 

Misirin Təhsil naziri Tarik Şevki isə qeyd edib ki, ərəb və ingilis dillərində elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində iş aparılır. nazirlik, həmçinin 13 milyon tələbə və 1,3 milyon müəllimin qeydə alındığı virtual siniflərin yaradılması prosesini həyata keçirir. Bundan başqa, ölkənin ali məktəblərində hibrid təhsil kursları da yaradılıb.