2018-06-01 10:17:37
“Dərsi kurikulumun tələblərinə uyğun keçmək üçün şərait olmur" - 60 bal toplayan müəllim
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi davam edir.
AzEdu.az xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Cürəli kənd tam orta məktəbinin kimya müəllimi Ziyafət Məmmədov 60 bal toplayıb:
“Ötən il biologiya üzrə diaqnostik qiymətləndirmədən keçərək 54 bal toplamışdım. Bu göstəricim məni qane etmirdi. Bu dəfə kimyadan qatıldım. Həm həyəcanlı idim, həm də uzaq yol gəlmişdim, yorğundum. Buna baxmayaraq, imtahanda həyəcan da, yorğunluq da yaddan çıxdı. Orada şərait də çox yaxşıdır. Hər cür rahatlığımız təmin olunub”.
Ziyafət müəllim deyir ki, müəlimləri imtahanda ən çox narahat edən kurikulumdur: “Dərsi kurikulumun tələblərinə uyğun keçmək üçün şərait olmur. Ancaq mümkün qədər tətbiq etməyə çalışırıq”.
Ziyafət müəllimin də hədəfi 60 bal olub. Rayonda ən yüksək bal toplamağı qarşısına məqsəd qoyan 36 yaşlı müəllimin bu, ilk birinciliyi də deyil: “Tibb universitetinə daxil olmaq istəyirdim. Qəbul imtahanlarında 570 bal topladım. Bu balla həmin il rayondan ali məktəbə daxil olanlar arasında ən yüksək nəticə məndə idi. Ancaq həmin bal Tibb Universitetinin ödənişli ixtisaslarında oxumağıma imkan verirdi. Mən də ancaq dövlət sifarişli yerləri seçmişdim və Bakı Dövlət Universitetinə daxil oldum”.
Hazırda Biləsuvar rayon mərkəzindən 15 kilometr məsafədə yerləşən kənddə çalışan Ziyafət müəllim hədəfinə çatdı: “Ən yüksək bal toplamaqda qərarlı idim. Həmin yüksək bal 61 olsaydı, 60 bala yenə qane olmazdım”.
Xatırladaq ki, may ayının 26-dan start götürən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi iyunun 2-də başa çatacaq. (Azərbaycan Müəllimi)
Bu bölməyə aid digər xəbərlər
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53
Koronavirus infeksiyası müalicəsi üçün molekul yaradılıb
2024-04-20 09:03:58
UNEC-in baş müəllimi vəfat etdi
2024-04-15 16:13:25
Çingiz Abdullayevin son durumu AÇIQLANDI
2024-04-13 10:37:21
Süni intellekt asan tapşırıqları yerinə yetirə bilməyəcək
2024-03-30 09:18:02
Atom bombasının yaradılmasına dair ilk hesabat sənədi satıldı
2024-03-23 16:09:00
Bu gün Ümumdünya Meteorologiya Günüdür
2024-03-23 12:10:00
Şair-publisist Gülhüseyn Kazımlı vəfat edib
2024-02-25 12:03:49
“Örnək müəllim” Beynəlxalq Ana Dili Gününə həsr olunmuş xüsusi dərs keçirib
2024-02-20 10:39:42
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK