Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 17:00:00
Deputat beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçildi    

AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov yüksək reytinqli beynəlxalq jurnal olan “Avicenna bulletin” jurnalının redaksiya heyətinin üzvü seçilib. Jurnalın redaksiya heyəti dünyanın məşhur elm adamlarından təşkil olunub.

AzEdu.az xəbər verir ki, “Avicenna bulletin” elmi-tibbi jurnal olub, tibbin ayri-ayri sahələrinin – cərrahiyyə, onkologiya, ginekologiya, travmatologiya, kardiologiya, revmatologiya və s. ilə bağlı elmi məqalələr toplusudur. Belə ki, bu jurnalda tibbin müxtəlif sahələrinin aktual problemlərinə həsr olunmuş elmi-praktik məqalələr dərc edilir. 

Onu da qeyd edək ki, Əhliman Əmiraslanov Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü və bir sıra yerli və xarici elmi-praktik jurnalların redaksiya heyətinin üzvüdür.