Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 13:00:00
Bu ixtisaslar üzrə buraxılış işlərinin müdafiəsi mütləqdir- Rəsmi

“Bəzi ixtisaslar üzrə yekun attestasiyası aparılacaq tələbələr üçün əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər”.

AzEdu.az xəbər verir ki, bunj Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.

O, tələbələrin hansı ixtisaslar üzrə buraxılış işinin yerinə yetirilməsinin tələb ediləcəyini bildirib.

"Tələbə buraxılış işini elektron formada, yaxud kağız daşıyıcıda təqdim edə bilər. Bunun əsasında ona Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin yazılması nəzərdə tutulur. Buraxılış işini təqdim edən tələbə onu müdafiəsində iştirak etməyə bilər. Lakin texniki, incəsənət, mədəniyyət ixtisasları üzrə tələbələrin müdafiədə iştirakı tələb oluna bilər.  Bunu universitetlər müəyyənləşdirir. Təhsil Nazirliyi tərəfindən bununla bağlı tələb qoyulmur.

Həmçinin tələbənin. ona yazılan qiymətlə razılaşmadıqda təhsil aldığı müəssisəyə müraciət etmək onun hüququ var”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları