Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 10:53:00
Açıq havada dərs – Faydaları və ziyanları

Tədqiqatlar, uşaqların açıq havada dərs keçmələrinin çox faydalı olduğunu sübut edir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Avropa məktəblərinin əksəriyyətində tənəffüs vaxtlarını uzatmağın vacibliyini diqqətə almağa başlayıblar. Mütəxəssislər, indi də dərslərin açıq havada aparılmasının faydalarını araşdırırlar.

İllinois Universitetinin apardığı araşdırmaya görə, günlük dərslərdən sadəcə birini açıq havada aparmaq müəllimlərin diqqət dağınıqlığına səbəb olur. Müəllimlərin 50%-i yalnız bir dərsi açıq havada keçdikdə diqqətlərini toplaya bilmirlər.

Şagirdlərin isə 45 dəqiqəlik açıq hava dərsindən sonra olan sinifdaixili dərsdə müəllimə daha diqqətlə qulaq asdıqları məlum olub.

Müəllimlərin əksəriyyəti açıq hava dərslərinə gedərkən və ordan qayıdarkən keçən 10 dəqiqənin vaxt itkisi olmasından narahat olsalar da, işin sonunda bunun müsbət nəticə verdiyinin şahidi oldular.

Açıq havada aparılan dərsdən sonra müəllimlər, təxminən, 6,5 dəqiqə müddətinə şagirdlərin diqqətini yenidən dərsə yönləndirə bilirlər. Dərslər sinifdaxili olduqda isə hər dərs arasında bu, 3,5 dəqiqə vaxt aparır.

Mütəxəssislər, həmçinin, açıq havada- xüsusən də təbiət qoynunda dərs keçməyin fiziki olaraq faydalarını da açıqlayıblar.

Dr.Frances ( Ming ) Kuonun araşdırmasına görə, yaşıl sahələr uşaqlarda aqressiyanı və DEHB-i (diqqət çatışmazlığı və hiperaktivlik pozulmaları) azaldaraq akademik uğuru artırır.

Tədqiqatlar nəticəsində aydın olub ki, təbiət beyin əzələlərini sakitləşdirir. Zehnimiz yalnız istirahət etmək şansını tapdıqdan sonra, diqqətimizi yeniləyə bilirik.

Kuo və onun həmkarları şagirdlərin bir gün açıq havada ən azı iki dərs keçmələrindən çox faydalana biləcəklərini iddia edirlər.

Leyla Qulami