Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 17:05:00
Gənc müəllimlər şagirdləri ilə AXC-yə video həsr etdi - Müsabiqədə səsvermə başladı

AzEdu.az təhsil portalı və Gənc müəllimşəbəkəsinin birgə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “İlin gənc müəllimi” müsabiqəsinin üçüncü və son mərhələsinə start verilib.

Birinci mərhələdə sosial şəbəkədə keçirilmiş sorğuda 35 müəllim qalib gəlmiş və onlara ikinci mərhələdə AXC-nin 100 illiyi ilə bağlı şagirdləri ilə birlikdə video hazırlamaq tapşırılmışdı. Layihəyə göndərilən videolar dəyərləndirildikdən sonra yekunda 10 müəllimin videosu üçüncü mərhələdə iştirak etmək hüququ qazanıb.

Üçüncü mərhələdə adları aşağıda qeyd edilən müəllimlər və onların hazırladıqları videolar iştirak edəcək. Videolarla tanış olduqdan sonra Azedu.az saytında xəbər lentinin alt hissəsində yerləşdirilmiş sorğu bölməsində dəstəklədiyiniz müəllimi seçərək səs verə bilərsiniz.

Qeyd edək ki, səsvermə 7 iyun 23:59-a qədər davam edəcək.

Sonda qaliblər Bakıda təşkil ediləcək mükafatlandırma tədbirində təltif ediləcəklər.

Siyahını əlifba ardıcıllığı ilə təqdim edirik:

Araz Balaoğlanov - Quba rayonu, Zeyid kənd orta məktəbi

İradə Zülfüqarova - Bakı şəhəri, 255 saylı tam orta məktəb

Mircavid Əhməd - Bakı şəhəri, 44 saylı tam orta məktəb

Musa Ziyadzadə - Bərdə rayonu, Yeni Daşkənd kənd orta məktəbi

Natiq Məlikov - Quba rayonu, Xınalıq kənd internat tam orta məktəbi

Nigar Piriyeva - Abşeron rayon Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəb

Posu Mansırlı - Yardımlı rayonu, Şıxhüseynli kənd orta məktəbi

Seymur İbrahimov - Lerik rayonu, Lərmərud kənd orta məktəbi

Şəbnəm Cəbrayıl - Laçın rayonu, Taxtakörpü kənd orta məktəbi

Şahid Muradlı - İsmayıllı rayonu, İstisu kənd orta məktəbi