Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-03 17:03:00
İsraildə məktəblərin əksəriyyəti açılıb

İsrailin hakimiyyət orqanları təhsil müəssisələrinin fəaliyyətini tədricən bərpa etmək barədə qərar qəbul ediblər.

 

 AzEdu.az  xarici mətbuata istinadən xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, ölkənin çox yerində dövlət məktəbləri açılıb. "Yerli hakimiyyət orqanlarının 80 faizi təhsil müəssisələrinin qapılarını açıblar", - deyə nazirlikdən bildiriblər.

 

Məlumatda söhbətin dövlət yəhudi məktəblərindən getdiyi, şagirdlərin gigiyenaya əməl etmələrinin və maska taxmalarının zəruriliyi qeyd olunur. Hökumətin qərarına əsasən, bazar günü məktəblərə 1-3 və 11-12-ci siniflərin şagirdləri gedəcəklər.

 

Məşğələlər hələlik məcburi deyil. Uşaq bağçaları mayın 10-da açılacaq.