Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 10:57:22
Kənd məktəbinin şagirdləri Günəş enerjisiylə işləyən maşın hazırladılar

Şanlıurfanın Dumlukuyu kənd orta məktəb şagirdləri çətin şəraitə baxmayaraq Günəş enerjisiylə işləyən maşın düzəldiblər.

AzEdu.az xəbər verir ki, bölgənin iqlimindən faydalanmaq istəyən üç VIII sinif şagirdi müəllimləri Kürşad Şənin məsləhətilə sürəti 25 saat/km  olan maşın düzəldiblər.

Müəllim kənd şəraitində elektrik fasilələri, vəsait çatışmazlığı, internetin olmaması kimi məhdud imkanlarla TÜBİTAK 4006 Elm Sərgisi üçün üç ayda istehsal etdikləri avtomobilin uşaqlar üçün çox əhəmiyyətli olduğunu bildirib:

"Regionda Günəş enerjisindən faydalanmaq istəmişik. Texniki biliklərə malik olmadığımız üçün öncə araşdırma apardıq. Bu, 3 ay davam etdi. Kənd şəraitində maşını hazırlayarkən tez-tez kəsilən elektrik enerjisi, internetin olmaması, məktəb kitabxanasındakı resursların çatışmazlığı, maddi problemlərlə qarşılaşdıq. TÜBİTAK tərəfindən elm sərgisində iştirak edəcək 14 layihəmiz üçün 5 min lirə pul ayrılmışdı. 4 min lirə bu maşına qoyduq. İmkanlarımız olsaydı, daha yaxşı bir vasitə ortaya çıxarmaq istəyərdik. Məktəblilər bu başlanğıc üçün xoşbəxtdir və çox ümidlidirlər. Onlar bu işdə heç bir təcrübi  bazalarının olmamasına baxmayaraq əllərindən gələni ediblər.

Saatda 25 kilometr sürətlə hərəkət edən  iki nəfərlik Günəş enerjisiylə işləyən avtomobil hazır olanda bir çox şagirdin elmə nə qədər maraq göstərdiyini yaxından gördüm. Məqsədim daha çox uşağı müxtəlif layihələrə qatmaq, onlardakı istedadları üzə çıxarmaqdır".