Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 11:24:00
MİQ müsabiqəsinə əlavə olunan yenilik- Müəllimlərin nəzərinə

Müəllimlərin işə qəbul müsabiqəsində bir sıra pedaqoji əhəmiyyətli nəzəriyyələrə əsasən suallar tərtib olunur.

 

AzEdu.az xəbər verir ki, bu il imtahanda salınacaq yeni mövzulardan biri də Jan Piajenin koqnitiv inkişaf nəzəriyyəsidir.

 

İsverçrədə doğulan Piaje kiçik yaşlarından təbiət elmləri ilə maraqlanırdı. 10 yaşında etdiyi müşahidələr sadəcə univeritet kitablarında izah olunan hadisələr idi.

 

Nəzəriyyəsi 50 ilə yaxın müşahidələrinə əsaslanmaqdadır. Nəzəriyyəsini genetik epistemologiya olaraq adalandırırdı. Ona görə psixologiya fəlsəfə və biologiya arasında halqadır.  Deyilənə görə, o, uşaqların düşüncə tərzinə ciddi yanaşan ilk adamdır.

 

Alfred Binet ilə Dr. Theophile Simonun zəka testlərinə uşaqların niyə həmişə yanlış cavablar seçməsi ilə maraqlanmağa başlamışdır. Bu onun koqnitiv inkişafı mövzusu üzərində işləmək üçün həvəsləndirdi.

 

Piajeyə görə uşaq dünyanı passiv şəkildə qavrayan deyil, məlumatı əldə etməkdə aktiv rola sahibdir.

 

“Uşaqlar yalnız öz kəşf etdikləri şeyləri həqiqi mənada qavraya bilərlər.  Onlara nəyisə tələsik öyrətməyə cəhd etdiyimizdə bu şeyləri onların özlərinin  kəşf etməsinə mane olmuş oluruq”.

 

O, koqnitiv inkişafı bioloji qanunlarla izah edirdi. Ona görə inkişaf irsiyyət və mühitin qarşılıqlı təsirinin nəticəsidir.

 

Koqnitiv inkişafa təsir edən qanunlar yetkinləşmə, təcrübə, uyğunlaşma, təşkil etmə, tarazlamadır

 

Koqtiniv inkişaf nəzəriyyəsinin xüsusiyyətləri ilə  bu linkdən ətraflı tanış ola bilərsiniz.