Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-24 11:12:00
Olimpiada finalçıları: Şəki Zaqatala bölgəsində bu qədərdir....

Bu il Respublika Fənn Olimpiadalarına ölkə üzrə 57 483 məktəbli qatılıb.

 

AzEdu.az Təhsil Portalı olaraq olimpiadada iştirak etmiş, eləcə də final turuna yüksəlmiş məktəblilərin sayı ilə bağlı regional idarələrə sorğu ünvanladıq.

 

Şəki Zaqatala Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, bu il Respublika Fənn Olimpiadalarının rayon-şəhər mərhələsində 3885 şagird iştirak edib:

 

Qeyd edilib ki, yarımfinal mərhələsində 941 nəfər, final mərhələsinə isə 82 şagird keçib.

 

“Şagirdlər arasında Şəki rayonu üzrə 37, Oğuz rayonu üzrə 15, Qəbələ rayonu üzrə 14, Qax rayonu üzrə 6, Zaqatala rayonu üzrə 5, Balakən rayonu üzrə isə 4 nəfər final turuna vəsiqə qazanıb”.