Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-12 10:39:00
Sinqapur Zoom vasitəsilə dərslərin keçirilməsini qadağan edib

Sinqapurun Təhsil Nazirliyi Zoom sistemi vasitəsilə dərslərin keçirilməsini qadağan edib. Belə bir qərar dərslərdən birinin hakerlar tərəfindən hücumə məruz qalmasından sonra qəbul olunub.

 

AzEdu.az xəbər verir ki, "Onlayn dərslərin keçirilməsi davam edəcək, lakin digər resurslar seçiləcək",-deyə Təhsil Texnologiyaları şöbəsinin rəhbəri Aron Lo bildirib. Həmçinin, müəllimlər bu cür platformalardan istifadə edərkən dərslərin necə təhlükəsiz aparılacağına dair təkrar təlimatlar alıblar.

 

Aron Lo-nun sözlərinə görə, nazirliyin əməkdaşları, həmçinin lazımi təhlükəsizlik tədbirlərinin hazırlanması üçün Zoom xidmətinin nümayəndələri ilə məsləhətləşmələr aparacaqlar.
Hadisə aprelin 8-də şəhərin şimalındakı orta məktəblərin birində – yerli məktəblərdə dərslərin dayandırıldığı və distant təhsilin başlandığı ilk gündə olub. Hakerlar dərslərin keçirildiyi konfransı dağıdıb, ekranda qeyri-etik şəkillər göstərilib.   

 

Buna baxmayaraq, Sinqapurun müxtəlif dövlət qurumları hələ də Zoom-dan  yararlanmaqda davam edir. Belə ki, koronavirusun yayılmasının qarşısının alınması üzrə idarələrarası işçi qruplarının rəhbərləri tərəfindən mütəmadi brifinqlər keçirilir.

 

ABŞ-ın  "The Vaşinqton Post" qəzeti bildirib ki, bu xidmət vasitəsi ilə həyata keçirilən özəl video zənglərin bir neçə min yazısı internetdə açıq şəkildə üzə çıxıb, onların arasında müxtəlif şirkətlərin işçi konfransları, ibtidai məktəblərdə məşğələlər, həmçinin xidmət istifadəçilərinin şəxsi söhbətləri yer alıb.

 

Xatırladaq ki, baş qərargahı San-Xose-də yerləşən Zoom Video Communications şirkəti 2011-ci ildə Çin əsilli amerikalı iş adamı Erik Yuan tərəfindən təsis edilib. Ötən ay xidmətin gündəlik auditoriyası 200 milyon nəfərə çatıb.