Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 16:45:00
Akademik Milli Məclisin komissiya sədri seçildi

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib

 

Bildirilib ki, iclasda təşkilatı məsələlərə baxılib. İlk iclasa sədrlik edən Komissiyanın üzvü Nizami Cəfərov “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnamənin 3.1.1-ci maddəsinə müvafiq olaraq birinci iclasda Komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi ilə bağlı təklifi səsləndirilib.

 

Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, Komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürüb. Komissiya üzvləri məsələyə münasibət bildirərək hər üç şəxsin namizədliyini dəstəkləmişlər.