Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 12:02:00
Koronavirus günbəgün insan bədənində görün nələr edir? - DİQQƏTLİ OLUN

Koronavirusun simptomları insan orqanizminə fərqli şəkildə təsir göstərsə də, əsas əlamətlər bütün xəstələrdə ortaya çıxır.

 

AzEdu.az xəbər verir ki, COVID-19-un orqanizmdə həyata keçirdiyi prosesi günbəgün təqdim edir.

 

1-3. gün: Soyuqdəymə və qripə bənzəyən əlamətlər ortaya çıxır. Yüngül qızdırma və boğaz ağrısı olur. İmmun sistemi zəifdirsə, ürəkbulanma və ishal ola bilər.

 

  1. gün: Boğaz ağrısı şiddətlənir. Səs boğuqlaşır. Yemə-içmədə çətinlik baş qaldırır. Yüngül başağrısı ilə birlikdə ishal başlayır.

 

  1. gün: Boğaz ağrısı şiddətlənir. Yemə-içmə olduqca ağrılı hala gəlir. Vücudu və üzvləri hərəkət etdirmək ağrılı olur. Oynaq ağrıları başlayır.

 

  1. gün: Quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Yorğunluq və ürəkbulanma artır. Nəfəs almaqda çətinlik yaşanır. İshal və qusma şiddətlənir.

 

  1. gün: Qızdırma 38 dərəcəyə qalxır. Öskürək və bəlğəm şiddətlənir. Bədən və bağ ağrıları ilə birlikdə qusma şiddətli hala gəlir.

 

  1. gün: Nəfəs alıb-vermək müşkül olur. Döş qəfəsində ağrı yaranır. Öskürəklə birlikdə baş və oynaq ağrıları son dərəcə artır. Qızdırma 38 dərəcəni keçir.

 

  1. gün: Bütün simptomlar şiddətlə artır. Üz və dodaqlarda göyərmə sezilir. Öskürək və bəlğəm dözülməz olur.

 

Nə zaman xəstəxanaya gedilməlidir?

 

Yeni tip koronavirus infeksiyasının yoluxma yolları mövsümi qriplə bir-birinə çox bənzəyir. Lakin qripdən ölmə faizi Kovid-19-la müqayisədə 0,05% daha aşağıdır. Mütəxəssislər bunun səbəbinin qripə qarşı immunomüdafiənin yaranması və qripdə ağciyər tutulmasının daha az olmasını göstərir. Buna görə də yalnız nəfəsalmada çətinliyin başlanmasından sonra xəstəxanaya getmək məsləhət görülür. (publika.az)