Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 17:45:00
Koronavirusa qarşı 77 maddə tapıldı

Dünyanın ən sürətli superkompüteri olan "Summit" koronavirusun yayılmasının qarşısını alan 77 kimyəvi maddə tapıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

İddia edilib ki, 8 mindən çox simulyasiya nəticəsində aşkar edilən 77 kimyəvi maddə koronavirusa qarşı peyvənd hazırlanması prosesində əhəmiyyətli rol oynayacaq.

Tədqiqatçılar araşdırmanın təsirli peyvənd yaratmaq üçün perspektivli addım olduğunu bildirərək, onu "ChemRxiv" jurnalında dərc ediblər.