Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 09:50:55
İxtiraçı şagirdlər İngiltərəyə dəvət olundu

Mars torpağından oksigen istehsal etmək layihəsi ilə NASA-nın keçirdiyi müsabiqədə yer tutan türkiyəli məktəblilər - Serhat Yüksel və Onur Yükselə mükafat olaraq İngiltərədə ingilis dili dərsləri keçirləcək.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, onlar İngiltərəyə yol və qalma xərclərini qarşılamaq üçün dəstək gözləyirlər. Məktəblilərin bu çağırışına Türk Hava Yollarından dəstək gəlib. Belə ki, onların gediş-gəliş xərcləri THY qarşılayacaq. Qeyd edək ki, Ankaranın Batıkent ərazisində yaşayan Yüksel ailəsinin məktəbli övladları Onur və Serhat NASA-nın Kosmik tətbiqlər yarışına “Mars torpağından oksigen istehsalı” layihəsi ilə qatılaraq ikinci yeri tutublar.

Ölkə xaricində ingilis dili dərsləri ilə mükafatlandırılan qardaşlar maddi ehtiyac səbəbindən qalibiyyət sevincini yetərincə yaşaya bilməyiblər. Türkiyə Hava Yollarının Tviter hesabında “xəyalları göylərdən yüksəkdə olan gənclərimizin gediş-gəliş biletləri bizdən olsun. Sizlərə inanırıq” ifadələrini paylaşıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları