Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 11:58:20
DİM təxirə salınan SAT imtahanının yeni tarixini açıqladı

İmtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

AzEdu.az xəbər verir ki, TOEFL IBT və SAT imtahanları 2018-ci il mayın 19-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TOEFL IBT imtahanı saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:15-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna mənsub olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

SAT imtahanında iştirak edəcək şəxslər isə saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/