Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 11:49:00
Gələcəkdə rezidenturaya qəbul olmaq üçün tələb olunan bal artırılacaq

"Növbəti illərdə rezidenturaya qəbul olmaq üçün tələb olunan balın artırılması məsələsinə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsinə əsasən bunun üçün 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır: "2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu şərt saxlanılacaq. Amma növbəti illərdə balın artırılması məsələsinə baxılacaq". 

Ayşə MÜSEYİB