Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 11:38:00
DİM nümayəndəsi–“Keçid ballarında hər hansı dəyişiklik  edilməyib”

“Artıq  baza fənləri üzrə imtahanda III kursu tam bitirmiş tələbələr iştirak edə bilərlər. Amma hələ ki  keçid ballarında hər hansı dəyişiklik  edilməyib”.

AzEDu.az  xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarınin işlənməsi şöbəsinin müdiri Natiq Əliyev rezindenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransında deyib. O, qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı məlumat verib:

"İndiyə qədər baza fənləri və ixtisas fənləri ardıcıl keçirilirdi. Amma artıq baza fənləri üzrə imtahanda III kursu tam bitirmiş tələbələr iştirak edə bilərlər.

Bu imtahanın nəticəsi məqbul və qeyri- məqbul olaraq nəzərə alınacaq. Adətən müsabiqədən 100 baldan 40-nı toplayan namizədlər keçirdilər. Dünya təcrübəsinə görə 50 % nəzərə alınır. Amma hələ ki,  keçid ballarında bir dəyişiklik yoxdur.

Baza fənlərinin sayı 8-dir.   Baza fənləri üzrə imtahandan məqbul alan tələbələrin nəticələri 5 il müddətinə qüvvədə saxlanılır. Bu, həm də rezindenturaya sənəd vermək üçün şansdır. Yəni qeyri-məqbul alan tələblər də bir neçə dəfə imtahanda iştirak edə bilərlər".

O həmçinin, rezidentlər üçün  hazırlanmış elmi metodiki ədəbiyyat barədə də məlumat verib:

"Dövlət imtahan mərkəzi  elmi-metodiki ədəbiyyatla təmin edilmə istiqamətində işləri aparılır. Həm Rusiya, həm Avropa müəlliflərinin son  nailiyyətləri burda nəzərə alınıb.

Bu kitablardan istifadə edib 8 fənn üzrə baza biliklərinə yiyələnə bilərlər".

Ayşə MÜSEYİB