Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-22 10:31:00
Təhsil ili başa çatmamış imtahanların keçirilməsi nə dərəcədə düzgündür?-Sorğu

Respondentlərin 70%-dən çoxunu buraxılış, 80%-dən çoxunu qəbul imtahanlarının keçirilmə vaxtı qane edir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən, respondentlərin 35%-ni (140 nəfər) buraxılış imtahanlarının keçirilmə vaxtı tam qane edir. Onların 28%- ni (112 nəfər) qane edir, 12,5%-ni (50 nəfər) isə  qismən qane edir. Respondentlərin15%-ni (60 nəfər) qane  etmir,  9,5%-ni  (38 nəfər) isə heç qane etmir.

Respondentlərin 40,5%-ni (162 nəfər) qəbul imtahanlarının keçirilmə vaxtı tam qane edir, 29%-ni (116 nəfər) qane edir, 15%-ni (59 nəfər) qismən qane edir, 9,5%-ni (38 nəfər) qane etmir, 6%-ni (25 nəfər) isə heç qane etmir.

Məlumata əsasən, abituriyentlərin 75%-dən çoxunu buraxılış və qəbul imtahanlarının keçirilmə vaxtı, demək olar ki, qane edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları