Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 16:40:00
Yeni qəbul modeli faydalı deyil – Valideyn və müəllimlərdən YEKDİL RƏY

Respondenlərin 52%-i (203 nəfər) builki yeni qəbul modelini Azərbaycanın təhsil sistemi üçün heç faydalı hesab etmir.

 AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

 Rəyi soruşulan vətəndaşların 35%-i (138 nəfər)  builki yeni qəbul modelini Azərbaycanın təhsil sistemi üçün qismən faydalı hesab edir, 13%-i (50 nəfər) isə çox faydalı hesab edir.

Sorğuda iştirak edən valideyn və müəllim respondentlərin yalnız 10%-i yeni qəbul modelini Azərbaycanın təhsil sistemi üçün çox faydalı hesab edir, 32,5%-i qismən faydalı hesab edir. 42,5% respondent isə bu fikirdədir ki, yeni modelin təhsil sistemimiz üçün heç bir faydası yoxdur. Daha 15% respondent isə bu suala cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrindən belə aydın olur ki, Azərbaycanda respondentlərin ümumilikdə 50%-dən çoxu yeni modeli təhsil sistemimiz üçün faydalı hesab etmir.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib.