Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 13:40:00
Qəbul imtahanlarında iştirak edənlər arasında oğlanlar daha çoxdur-Səbəblər

2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 82724 abituriyent ərizə verib. Onların 52.55 %-i oğlan, 47.45%-i qız abituriyent olub.

AzEdu.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında bildirilib:

 Artıq altıncı ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızlardan çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.06%), rus bölməsində isə qızlar (53.09%) sayca üstünlük təşkil edib.

Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 22-37% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 54-57%-dir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları