Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 12:18:00
Abituriyentlərin bu qədəri yeni model imtahanlarından məlumatsızdır

Buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 2019-cu ildə tətbiq olunan yeni model ilə bağlı abituriyentlərin 67%-i (267 nəfər) tam məlumatlı, 24%-i (98 nəfər) qismən məlumatlı olub. Onlardan 9%-nin (35 nəfər) isə bu haqda heç bir məlumatı olmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə  Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında bildirilib:

Buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelin tətbiqi ilə bağlı aparılan müzakirələrdə səsləndirilən əsas iradlardan biri abituriyentlərin yeni modelin mahiyyətini tam mənimsəyə bilməməsi ilə bağlı idi. Anket sorğularının nəticələri göstərir ki, buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 2019-cu ildə tətbiq olunan yeni model ilə bağlı abituriyentlərin 67%-i (267 nəfər) tam məlumatlı, 24%-i (98 nəfər) qismən məlumatlı olmuş, 9%-nin(35 nəfər) isə bu haqda heç bir məlumatı olmamışdır.

Qeyd edək ki, valideynlər və müəllimlər arasında aparılmış sorğunun nəticələrinə görə, respondentlərin 42%-i bu il keçirilən imtahanlarda tətbiq olunan yeni model ilə bağlı tam məlumatlı, 40%-i qismən məlumatlı olub, 18%-i isə bu barədə heç bir məlumata malik olmayıb.

Ekspertlər bu fikirdədirlər ki, DİM abituriyentlərin yeni modeli mənimsəyə bilmələri üçün sınaq və monitorinq imtahanları keçirib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları