Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 16:10:00
“Təhsil modeli hazırlamışam, orada hər şey nəzərə alınıb” – Sosioloq alimdən təklif

Sosioloq alim, professor  Əhməd Qəşəmoğlu universitetlərin təyinat məsələsi ilə bağlı AzEdu.az-a fikirlərini bildirib.

Əhməd Qəşəmoğlu həm hər gün auditoriyada olan müəllim, həm də sosioloq kimi bu gün təhsildə durğunluq, tələbələrin passiv olmasının əsas səbəblərindən birinin təyinatın olmamasıyla bağlayır:

“500 balla universitetə girənlər  indi qəti oxumur. Yüksək bal  yığıblar, potensialları var. Belə uşaqlar çoxdur. Deyirsən, oxumayansansa , 500 balı necə toplamısan? Deyir, müəllim, o vaxt stimul, məqsəd var idi ki, mən universitetə girməliyəm, valideynlər də bunu istəyirdi. İndi o stimul yoxdur. Girmişəm bir təhər edib, bitirib diplom alacam. Deyirlər ki, onsuz da pis oxuyanlar  gedib yaxşı işə düzəlirlər. Təyinat olsa onda uşaq yaxşı oxumağa çalışar. Təyinat da normal həyata keçirilməlidir. Məni göstəricilərim  yüksək idi deyə, o vaxt akademiyada saxladılar. Aşağı bal olsaydı heç kim təyinat verə bilməzdi, obyektivlik də var idi”.

 Özümüzü İngiltərə, Fransayla müqayisə etməməyimizi deyən Ə. Qəşəmoğlu  oralarda vəziyyyətin tam başqa olduğunu bildirib:

“ Bizdə təhsildə günü-gündən durğunluq gedir. Tələbələr daha da etinasız olurlar. Bundan çıxış yollarından biri təyinatdır. Təyinat oldu, olmadı bir şey fikirləşmək lazımdır. Mənim təhsil modelim var, kim istəyir gedib təqdimat edə bilərəm. Bir ölkədə necə gəldi mütəxəssis hazırlamazlar. Bizdə prinsip belədir: Hər hansı universitetin rektoru hesablayır ki, filan ixtisas üzrə ödəniş haqqı yüksəkdir, ora gələnlər çoxdu, prestijlidir.Çalışır nazirliklə, başqa əlaqələrdən istifadə edərək öz universitetində belə bir ixtisas açsın. Bu məsələləri daha da korlayır. Bunlar planlı şəkildə olmalıdır. Əvvəl Dövlət Plan Komitəsi var idi, bu işlər təhlil olunurdu. Demirəm, indi adı DPK olsun, amma bu işləri  planlaşdıran idarə olmalıdır. Dünyanın hər yerində belədir. Bu gün kiçik bir toyuq hinini elmi əsaslar olmadan normal tikmək mümkün deyilsə, hər hansı sahədə elmi təyinatsız irəliləyiş mümkün deyil.  Elmi təyinat nədir? Əvvəl aydınlaşdırmalıyıq ki, ölkəmizin indiki vaxtda qarşısında duran inkişaf, tərəqqi üçün vacib  olan  sahələr hansılardır. Sonra bilməliyik ki, bu sahələr üzrə əsas göstəricilər nələrdir. Göstəriciləri aydınlaşdırandan sonra məlum olacaq ölkədə hansı ixtisasaslara ehtiyac daha çoxdur. Başqa təhlillər aparanda görəcik ki, hansı nazirliyə, idarəyə, təşkilata nə qədər mütəxəssiz lazımdır. Təklif etdiyim layihədə hamısı nəzərdə tutulub. İndi bunları o qədər də geniş demək mümkün deyil”.

 Onun sözlərinə görə,  ortada konkret nələr lazım olduğu aydın olsa, bir qərar qəbul etmək olar.  Ona uyğun özəl universitetlərlə, digərləriylə də müqayisə, müzakirə edib, ümumi razılığa gələrik:

“ Kim harda, nə qədər, necə gəldi mütəxəssis istəyir hazırlayır. Çünki onlara keyfiyyətli biri lazım deyil.  Əsas odur ki, daxil olub, ödəniş etsin. Əslində hər il çoxlu saxta diplomlar veririk. Çünki uşaq dərsə gəlib, imtahana girir, bitiribsə, amma oxumayıb, təhsili yola verib, müxtəxəssis deyilsə, deməli bu saxtadır.  Bu vəziyyətin ortadan çıxması üçün elmi metodlardam istifadə olunmalıdır. Elmi metodlar əsasında konkret ölkəyə lazım olan mütəxəssislərin spektrı müəyyənləşməlidir.  Sual verə bilərlər ki, universitetlərdə ixtisar aparmaq lazım olacaq? Əlbəttə ki,  lazımdır. Məktəblərdə elə mexanizm hazırlanmalıdır ki, ora daxil olan oxusun.  Hamının eyni vaxtda bitirməyi vacib deyil. Bizdə isə 100 nəfər girir, 130-u bitirir. Çünki başqa yerlərdən də köçürülürlər. Burada qaydalar sərt olmalıdır. Bəzi universitetlər buna başlayıb. Məsələn, Xəzər Universitetində belə təcrübə var. Kompleks işlər getməlidir. Azərbaycanda təyinata ehtiyac var. Başqa ölkələrdə olub -olmamasının bizə aidiyyatı yoxdur.Təhsilin səviyyəsinə ən çox təsir edən şeylərdən biri  tələbənin öz sabahına aid aydın təsəvvürün olmamasıdır”.