Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 16:12:24
Bu universitetimiz Cümhuriyyətlə bağlı örnək addım atdı

Azərbaycan Texniki  Universitetinin rəsmi saytında Azərbaycan Xalq Cümhuriyyətinin  yüzilliyi ilə əlaqədar “Cümhuriyyət 100” bölməsi yaradılıb.

Bu barədə AzEdu.az-a ali təhsil müəssisəsinin mətbuat katibi Nicat Abdullayev məlumat verib. Onun sözlərinə görə bölməni yaratmaqda əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı görülən işləri onlayn sferada da genişləndirməkdir:

“Bilirsiniz ki, prezident İlham Əliyev may ayında Cümhuriyyətin yüzilliyinin təntənəli təşkil edilməsi haqda tədbirlər planının hazırlanması ilə bağlı sərəncam verdi. Bir ali təhsil müəssisəsi kimi biz də bununla bağlı tədbirlər təşkil olunacaq. Artıq bir aydan çoxdur ki, bununla məşğul olmağa başlamışıq. Cümhuriyyətlə əlaqədar tələbələrin ekskursiyalarını təşkil edir, onların Cümhuriyyət qurucuları ilə bağlı məlumatlarını artırırıq. Amma aydındır ki, bu, yetərli deyil. İşimizi onlayn sferada da genişləndirməyi düşündük və “Cümhuriyyət 100” bölməsini yaratdıq”.

Bölmədə Cümhuriyyyətlə bağlı bütün məlumatları üç dildə əldə etmək mümkün olacaq:

“Prezident kitabxanasında Azərbaycan Xalq Cümhuriyyəti bölməsi var. Orada Şərqdə ilk demokratiyanın yaranması, Milli Şura, parlamentin təşkili, süqutu, xəritəsi-bütün külliyyat var. Bölmə Azərbaycan, rus və ingilis dilində yayımlanır. Biz bu bölmədə “Cümhuriyyət 100” bölməsində kitabxananın Cümhuriyyət bölməsini yerləşdirmişik. Həmin  bölməyə daxil olanda Cümhuriyyətlə bağlı istənilən məlumatı üç dildə əldə etmək olur. Hədəf kütləmiz həm tələbə, həm əməkdaşlarımız, həm də saytımızı ziyarət edən yerli və əcnəbi insanlardır. Bunu etməkdə məqsədimiz  xalqımıza dövlətin , şərqdə demokratiyanın quruluşu haqda məlumatları verməkdir. Ümid edirik ki, kifayət qədər geniş miqyaslı iş olacaq. Biz bir ali təhsil müəssisəsi olaraq bunu özümüzə borc bildik və etdik. aztu.edu.az saytına daxil olaraq bölmə ilə tanış ola bilərsiz.

Mətbuat katibi Cümhuriyyəyin yüzilliyi ilə bağlı Azərbaycan Texniki Universitetində görüləcək işlərə də aydınlıq gətirib:

“Mayın 15-i saat11:00-da Azərbaycan Texniki Universitetində AXC-nin yüzilliyi ilə əlaqədar möhtəşəm tədbir təşkil olunacaq.

Məruzəçilər onun həm tarixi, həm siyasi aspekti,  Azərbayan türklərinə nə verməsi, bu coğrafiyaya necə təsir etməsi haqda məlumat verəcəklər. Videoroliklər, fotolar, Cümhuriyyət qurucuları haqda məlumatlar nümayiş olunacaq. İşimizi bununla yekunlaşdırmayaraq tələbələrin ekskursiyaları, müxtəlif filmlərin nümayişində iştirak etmələri planlaşdırılır.  Cümhuriyyətlə bağlı bizim regionlarımızda da abidələr var. Hətta bu yay tətilində sissilə olaraq həmin ekskursiyaların təşkil olunması və cümhuriyyətlə bağlı böyük məlumat bazasının yaradılması nəzərdə tutulub”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları