Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 17:25:00
Direktor namizədlərdən ən çox soruşulanlar - Xasiyyətnamənin verilməsi qaydaları

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktor namizədlərə müsahibə zamanı ünvanlanan sualardan biri də müəlimlərə xasiyyətnamə verilməsi qaydaları ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, director müəllimin müraciəti əsasında ona vəzifəsi, qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Amma bunun  üçün müəyyən qaydalar nəzərdə tutulub.

Qaydalara əsasən, director müəllimin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və müəllimin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən məktəb rəhbəri tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir.

Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə müəllim tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda direktor həmin sənədlərin hara göndərildiyi barədə müəllimə məlumat verməlidir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları