Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 14:46:00
İsveçrədə oxumaq istəyənlərin ən çox verdikləri suallar-CAVABLAR

İsveçrə keyfiyyətli təhsil baxımından bir çox tələbələri özünə cəlb edir.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır

AzEdu.az  İsveçrə  təhsillə bağlı ən çox verilən sualları  və  onların cavabları təqdim edir.

-İsveçrədə təqaüdlü təhsil almaq üçün hansı proqramlardan yararlanmaq mümkündür?

-İsveçrədə təqaüdlə təhsil almaq istəyənlər “Swiss Government Excellence Scholarships” proqramından yararlana bilərlər. Bu proqram İsveçrə dövləti tərəfindən elan edilib və əcnəbi tələbələrə şamil edilir. “Swiss Government Excellence Scholarships” proqramı daha çox “post-doctoral research” və incəsənət sahəsində təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.Təqaüd proqramları haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://www.sbfi.admin.ch/sbfi/en/home/education/scholarships-and-grants/swiss-government-excellence-scholarships.html

-İsveçrədə IELTS və ya TOEFL sertifikatı olmadan təhsil almaq mümkündür?

-Bütün dövlət universitetləri üçün TOEFL və ya IELTS sertifikatı tələb olunur. Amma özəl universitetlərdə təhsil almaq üçün hazırlıq keçməlisiniz.

-Azərbaycanda bakalavr bitirib, İsveçrədə magistr oxumaq üçün nələr lazımdır?  İsveçrədə ali təhsili bitirdikdən sonra iş tapmaq mümkündür?

-Bakalavr səviyyəsində bitirsəniz, İsveçrə universitetlərinə qəbul ola bilərsiniz. Qəbul üçün isə IELTS 6.5 bal tələb olunur.  

-İsveçrədə yaşayış xərcləri nə qədərdir?

-İsveçrədə yaşayış xərcləri (yaşayış,yemək, tibbi sığorta)hər ay üçün  1500 dollara başa gəlir.

-İsveçrədə həm bakalavr, həm də magistr səviyyəsi üzrə illlik təhsil haqqı nə qədərdir?

-İsveçrədə həm bakalavr, həm də magistr üçün illik təhsil haqqı 11000-50000 avro arasında dəyişir. Qiymətlər isə universitetin keyfiyyətinə və ixtisasın aktuallığına görə dəyişir.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları