Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 09:00:00
Abituriyentlərin imtahanlarda iştirakı üçün bu qədər pul ayrılacaq- 2020-ci ilin büdcəsi  

2020-ci il dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan vəsaitin 8,5 milyon manatı Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması ilə bağlı xərclərə ayrılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci ilin “Büdcə zərfi”ndə qeyd olunub.

Məlumata əsasən, qeyd olunan vəsait (8.5 milyon manat) həmçinin orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı ilə bağlı xərclər üçün də nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsi xərclərinin inzibati təsnifat üzrə təhlili publik hüquqi şəxslərə nəzərdə tutulmuş vəsaitin təhlilini də zəruri edir. Ötən ilin “Büdcə zərfi”nə qeyd olunan məlumatlara görə, növbəti ilə bu qurumlara funksional təsnifatın müxtəlif  bölmələrindən ümumilikdə 405445,8 min manat vəsait ayrılıb.  

Ötən ilin İnzibati təsnifat üzrə dövlət büdcəsinin xərclərində Dövlət İmtahan Mərkəzi üçün ayrılan xərc  8025,6 min manat göstərilib. Bu da 2019-cu ildə təhsilə ayrılan xərclərin ümumilikdə 2%-i deməkdir.

2 qurum (Dövlət imtahan Mərkəzi və Bakı Dövlət Universiteti) üzrə nəzərdə tutulmuş ümumilikdə 8745,1 min manat tam olaraq digər xərclər üzrə proqnozlaşdırılmış, digər qurumlar üzrə isə ayrılacaq vəsait maliyyə yardımı formasında “Subsidiya və cari transferlər” və “Digər xərclər” (yalnız bank xərcləri) üzrə nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.