Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 16:20:00
Ümumi və məktəbəqədər təhsil üçün bu qədər vəsait ayrıldı – Gələn ilin büdcəsi    

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin  zərfində ümumilikdə təhsil üçün 3 milyarddan çox  (3 155 797 681 manat) vəsait nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, ayrılan vəsaitin müəyyən hissəsi - 323 milyondan çoxu (323 108  486 manat) məktəbəqədər təhsil, bir milyarddan çoxu (1 705 352 803 manat) ümumi təhsil üçün nəzərdə tutulub.

Qeyd edək ki, ötən il məktəbəqədər təhsil üçün 233 milyondan çox (233.823.590 manat), ümumi təhsil üçün isə bir milyarddan çox (1.289.076.843 manat) vəsait ayrılıb.

2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri isə Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları