Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 15:00:00
İmtahanın doğru cavabları açıqlandı

İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları ilə  buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılır. Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.