Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 10:16:09
Ödənişsiz onlayn sınaq imtahanı keçiriləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanları təşkil edir. 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, 2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər. 

Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün  http://otk.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.