Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 14:58:00
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb

Azərbaycanda ali təhsil alan qadınların sayında artım müşahidə olunub.

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, ötən il Azərbaycan universitetlərində təhsilin müxtəlif pillələri üzrə 85 102 qadın təhsil alıb. 2017-ci ildə bu göstərici 80 827, 2015-ci ildə 78 662 olub. 2010-cu ildə isə 65 112 qadın ali təhsil ala bilib.

Qeyd edək ki, ötən il təhsil alan qadınlardan 77 448 nəfəri dövlət, 7 654-ü isə özəl müəssisələrdə təhsil alıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları