Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 17:50:56
Nazirlik rəsmisi: “I turda 106 nəfər namizəd müddətli əsaslarla işlə təmin olunub”  

Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin vakansiya seçimi mərhələsinin I turunda 106 nəfər qeyri-pedoqoji ixtisaslı namizəd müddətli əsaslarla işlə təmin olunub.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə “Həftənin sualı” verilişində müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallara cavab verərkən deyib.

Nazirlik rəsmisi bildirib ki, bu namizədlər əsasən, musiqi, təsviri incəsənət kimi fənlər üzrə vakansiya seçimində iştirak ediblər. Seçim zamanı yüksək nəticə göstərən namizədlərə üstünlük verilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır.

Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər.

İndiyədək 19 879 namizəd bu mərhələdə iştirak edib, onlardan 2996 namizəd elektron ərizəsini təsdiqləyib.