Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 09:14:00
“Kəsilən” abituriyentlər tələssinlər – Boş qalan plan yerlərinə seçim başlanır-SABAHDAN

Sabahdan boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Ali təhsil müəssisələrində boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

AzEdu.az xəbər verir ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.

Qeyd edək ki, bu il ali qəbul ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.