Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 15:23:00
Yunanıstanda oxumaq istəyənlərin ən çox verdiyi suallar – Cavablar AzEdu.az-da

Yunanıstan keyfiyyətli təhsil, yaşam tərzi baxımından bir çox tələbələri cəlb edir.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır.

AzEdu.az Yunanıstanda təhsillə bağlı ən çox verilən sualları  və  onların cavabları təqdim edir.

-Yunanıstan universitetlərində bakalavr təhsilinin müddəti nə qədərdir?

-Yunanıstanda bakalavr təhsilinin müddəti 4 il, magistr isə 1-2 ildir.

 -Yunanıstan universitetlərində tibb sahələri üzrə təhsilin müddəti nə qədərdir?

 -Yunanıstan universitetlərində tibb sahələri üzrə tədris proqramı 6 il davam edir.

-Hazırda ali məktəbi bitirmişəm. Bilmək istərdimki, Yunanıstan universitetlərində təhsil haqqı nə qədərdir?

 -Yunanıstan universitetlərində təhsil haqqı orta hesabla 1000 avrodur. Yataqxanada yaşayan tələbələrin ərzaq xərclərini də dövlət qarşılayır.

-Bu il orta məktəbi bitirmişəm. Bilmək istərdim ki,Yunanıstan universitetlərində ingilis dilli tədris proqramları var?

 -Yunanıstan universitetlərində həm ingilis, həm də yunan dillərində təhsil almaq mümkündür. Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur. Yunan dilini bilməyən əcnəbi tələbələr üçün universitetlərdə hazırlıq kursları fəaliyyət göstərir. Həmin hazırlıq kurslarının 1 illik təhsil haqqı təxminən 1000 avrodur. Yunan universitetlərində hazırlıq kurslarında oxumaq üçün mütləq yunan dilindən test imtahanı vermək lazımdır. Hazırlıq kursunu yaxşı oxuyan gənclərə isə sertifikat da verilir.

-Azərbaycan Dillər Universitetinin bakalavr səviyyəsini bitirmişəm. Bilmək istərdim ki, yunan universitetlərində magistr səviyyəsində təhsil almaq üçün nə tələb olunur?

-Yunanıstanda magistratura oxumağın əsas şərti master proqramına uyğun bakalavr pilləsi üzrə məzun olmaqdır.

-Yunanıstanda aylıq kirayə haqqı nə qədərdir?

 -Yunanıstanda aylıq kirayə haqqı 200-300 avro civarındadır. Bu ölkədə təhsil almaq istəyən əcnəbi tələbələr daha çox Afina və Saloniki şəhərlərində yaşamağa üstünlük verirlər.

-Yunanıstanda aylıq yaşayış xərcləri nə qədərdir?

-Yunanıstanda aylıq yaşayış xərcləri təxminən 750 avrodur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları