Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 09:37:00
Direktor namizədlərin nəzərinə: Müsahibədə verilə biləcək əsas sualın cavabı

 

Direktorların işə qəbul müsabiqəsinin imtahan mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Növbəti mərhələ Direktorların İşə Qəbul müsabiqəsinin müsahibə mərhələsidir. Müsahibənin keçirilmə tarixi və qaydaları barədə məlumatlar namizədlərə göndəriləcək.

Hazırda direktor olmaq istəyən namizədləri müsahibə proqramı, orada verilə biləcək suallar çox maraqlandırır. Müsahibədə namizədlərə onların dünyagörüşü, idarəetmə və pedaqoji bacarıqları, qanunvericilik biliklərini yoxlayan suallar verilir.

AzEdu.az namizədlərə kömək məqsədilə müsahibə mərhələsində təqdim olunacaq sualların cavablarını edir:

Sual:

-Əmək və icra intizamının pozulmasına görə hansı intizam məsuliyyətləri nəzərdə tutulub?

Cavab:

AzEdu.az xəbər verir ki, əmək və icra intizamının pozulmasına görə aşağıdakı məsuliyyətlər nəzərdə tutulub:

Töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə nəzərdə tutulubsa, işçini aylıq əmək haqqının dörddə birindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini ləğv etmək.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları